"Qəbələ"nin futbolçusu: "Qarabağ" sadə epizodlar yaratdı və qol vurdu"

16:27 - 27 Avqust 2017

"Oyun haqda deyəcəyim  bir şey yoxdur. Düşünürəm ki, xeyli qol epizodumuz oldu, ancaq bundan istifadə edə bilmədik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin legioneri Dion Malone Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"a səfədə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi brifinqdə deyib. 

 

Surinam əsilli hollandiyalı yarımmüdafiəçi qısa danışmağı üstün tutub: "Biz əlimizə düşən qol imkanlarından yararla bilmədik. "Qarabağ" isə sadə epizodlar yaratdı və qol vurdu".

 

Malone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqda bunları söyləyib: "Qarabağ" çox yaxşı komandadır. Onlara ancaq uğurlar diləyirəm".

Xəbər xətti