Paşayev 90 dəqiqə meydanda oldu

00:29 - 28 Avqust 2017

Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan o:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti