İsrail 10 nəfərlə millimizi məğlub etdi

23:39 - 31 Avqust 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün AVRO-2019-un seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası səfərdə İsrailin qonağı olub. Rəqib matçın 24-cü dəqiqəsində azlıqda qalmasına baxmayaraq yığmamıza 3:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, yığmamız kimi bugünkü matç İsrail üçün də seçmə mərhələdə ilk görüş olub.


Avropa çempionatı, seçmə mərhələ

V qrup

31 avqust

 

İsrail - Azərbaycan - 3:1 
Qollar:
Moti Barşazki, 12, Elyel Perez, 37, Maksim Plakuşçenko, 57 - Elnur Cəfərov, 70
Qırmızı vərəqə: Neta Lavi, 24 (İsrail)

Xəbər xətti