"Tarik Elyunussi "Qarabağ"a faydalı futbolçu olacaq"

13:55 - 2 Sentyabr 2017

Norveç milli komandasının baş məşqçisi Lars Laqerbek yığmanın üzvü Tarik Elyunussinin "Qarabağ"a keçməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, 29 yaşlı futbolçu "Qarabağ"a faydalı olacaq:
 
"Elyunussi Çempionlar Liqasında çıxış edən komandada çıxış edəcək. O, "Olimpiakos"da da yaxşı oynayırdı. Fikrimcə, Tarik "Qarabağ"a faydalı futbolçu olacaq".

 

Qeyd edək ki, Tarik Elyunussini Yunanıstan "Olimpiakos" klubundan "Qarabağ"a 1 illik icarəyə verilib.

Xəbər xətti