Eddi İsrafilovun debütünü korladılar

11:55 - 3 Sentyabr 2017

İspaniya Sequndasında 3-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə müqavilə bağladığı "Ximnastik" doğma meydanda "Sportinq" (Xixon) ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

 

Eddi də bu görüşün iştirakçısı olub. O, yeni komandasında debüt etdiyi və start heyətdə meydana çıxdığı qarşılaşmanın 67-ci dəqiqəsində əvəzlənib.

 

"Ximnastik" 3 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti