"Neftçi" əvəzedicilərini sınağa çəkəcək

12:12 - 4 Sentyabr 2017

"Neftçi” Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə zamanı daha bir sınaq matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar ikinci yoxlama görüşünü sentyabrın 6-da əvəzedici heyətə qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.

 

Xatırladaq ki, bu komanda ilk yoxlama oyununda MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti