Mussa Sov Super Liqaya qayıdır

21:43 - 6 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Yeni Malatyaspor” Birləşmiş Ərəb Əmirliklərinin klubu “Əl-Əhli”yə məxsus olan Mussa Sovu transfer etməyə yaxındı.


Sportal.az xəbər verir ki, “Yeni Malatyaspor”un “Fənərbaxça”nın sabiq hücumçusu ilə ilk görüşü müsbət nəticələnib.


Bildirilir ki, hal-hazırda “Yeni  Malatyaspor” ilə “Əl-Əhli” klubu arasında danışıqlar gedir. 


Xatırladaq ki, keçən mövsümü “Fənərbaxça”da icarə əsasında keçirən 31 yaşlı seneqallı futbolçu 37 oyuna 15 qol vurmuşdu.

 

Xəbər xətti