Samir Məsimov "Fakel"ə lazım deyil

01:11 - 7 Sentyabr 2017

Rusiya I Divizionunda 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" səfərdə "Avanqard"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Samir Məsimov bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, 12 turdan sonra aktivində 8 xal olan "Fakel" 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti