"Bavariya"da ciddi itki

Münhenin "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Almaniya nəhənginin müdafiəçisi David Alaba zədələnib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı cinah oyunçusu Avstriya milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Gürcüstanla keçirdiyi oyunun 38-ci dəqiqəsində sıradan çıxıb.

 

Münhenlilərin Almaniya millisinin Norveçlə matçında (6:0) zədələnən futbolçusu Sebastian Rudinin durumu isə ciddi deyil. O, komanda ilə birlikdə məşq edir. 27 yaşlı yarımmüdafiəçi cümə günü "Hoffenhaym"la matçda meydana çıxa biləcək.

Tarix: 7 Sentyabr [12:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio