"Roma"nın futbolçusu: "Qarabağ"ı yaxşı tanıyıram"

12:35 - 8 Sentyabr 2017

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda olan "Roma"nın futbolçusu Xuan Jesus İtaliya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi qrupdakı rəqiblərini dəyərləndirib. O, "Qarabağ"haqda da fikirlərini bildirib:

 

"Çətin qrupa düşmüşük. Lakin gücümüzə bələdik. Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ” kimi komandalarla mübarizə aparacağıq. “Qarabağ”a qarşı bir neçə il əvvəl, Avropa Liqasında “İnter”in heyətində çıxış etmişəm. Buna görə, bu komandanı yaxşı tanıyıram. İtaliyadakı ilk görüşdə onlara qarşı oynamışam".

Xəbər xətti