"Neftçi"nin sabiq baş məşqçisi təklif gözləyir

15:15 - 8 Sentyabr 2017

Ukraynalı mütəxəssis Anatoli Demyanenko məşqçiliyə qayıtmaq istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə 58 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O, təklifləri nəzərdən keçirməyə hazır olduğunu deyib:

 

“Yeni təklifləri nəzərdən keçirməyə hazıram və bundan çox xoşbəxt olaram. Ölkəxarici və ya Ukrayna klubu olması vacib deyil. Əsas odu, məqsədi, hədəfləri olan klub olsun. Mənə bir neçə təklif olub, lakin həmin klubların ciddi məqsədləri olmadığına görə qəbul etmədim”.

 

Xatırladaq ki, Demyanenko məşqçi karyerası ərzində ÇSKA (Kiyev), “Borisfen”, “Dinamo” (Kiyev), “Nasaf” (Özbəkistan) klublarında çalışıb. O, 2008-ci ildə “Neftçi”nin “sükanı arxasında” olub. “Ağ-qaralar” onun rəhbərliyi altında İntertoto kubokunda iki mərhələ keçmişdi. Demyanenkonun son iş yeri “Volın” olub. 2013-cü ildə Lutsk təmsilçisindən ayrılan mütəxəssis bir neçə ildi heç bir komandanı çalışdırmır.

Xəbər xətti