Rəşad Eyyubov: "Arsenal"da oynamaq istəyirəm" MÜSAHİBƏ

11:11 - 10 Sentyabr 2017

"Sumqayıt" sosial media üzərindən yeni rubrikaya start verib.

 

Sportal.az xəbər verir ki, mütəmadi olaraq, "Sumqayıt" Futbol Klubunun futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablandıracaq. Rubrikanın ilk qonağı 32 nömrəli futbolçuRəşad Eyyubovdur.

 

İstifadəçilər tərəfindən ünvanlanan suallara adıçəkilən oyunçu cavablarını sizə təqdim edirik.

- Futbola harada başlamısan?

- Futbolla uşaqlıqdan maraqlanıram. Bu sahədə ilk addımlarımı Ukraynanın Odessa şəhərinin futbol məktəblərinin birində atmışam.

 

- “Sumqayıt” FK Avroliqaya vəsiqə qazana biləcəkmi?

- Hazırda çox yaxşı komandamız var. Günü-gündən irəliləyişimiz hiss olunur. Bütün komanda olaraq uğurlu nəticəyə köklənmişik. Bunu bacaracağımıza ümidvaram.

 

- Legioner həyatı yaşamağı düşünürsənmi?

- Əlbəttə.

 

- Ən böyük arzun hansı klubda oynamaqdır?

- London “Arsenal”ında.

 

- “Qəbələ”də oynadığın mövqedə niyə oynamırsan?

-Mən universal futbolçuyam. (gülür). Əlbəttə, baş məşqçimiz harda məsləhət görürsə orda da oynayıram.

 

- Çox klubda forma geyinmisən, yaddaşından silinməyəcək klub hansıdır?

- “Xəzər Lənkəran”.

 

- Kristian Ronaldo, yoxsa Lionel Messi?

- Heç biri.

 

- Özünü İniestaya bənzədirsən?

- Xeyr

 

- “Qarabağ” FK-dan çempionlar liqasında hansı nəticəni gözləyirsən?

- İlk öncə, “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu mərhələyə gəlib çatmaq Azərbaycan futbolu üçün böyük uğurdur. Nəticəyə gəldikdə isə, reallıqla yanaşsaq, “Qarabağ”ın düşdüyü qrupda uğurlu nəticə qazanıb növbəti mərhələyə yüksəlməsi çox çətin olacaq. Amma, ən azından Avropa Liqasının 1/16 final mərhələsindən yoluna davam edəcəyinə ümid edirəm.

 

- “Qarabağ”, yoxsa “Çelsi”?

- "Qarabağ".

 

- “Neftçi” ilə oyunda azarkeşlərlə selfi çəkdirərsən?

- Əlbəttə.

 

- Əslən haralısan?

- Sumqayıtda anadan olmuşam.

 

- Niyə məhz 32 nömrəli formanı geyinirsən?

- Mənə nömrə fərqi yoxdur. Əksər klublarda bu nömrə çox vaxt lazımsız olub boş olduğu üçün məcburiyyətdən seçmişəm. (gülür)

 

-Sənə görə “Sumqayıt” FK-nın ən yaxşı futbolçusu kimdir?

- Rəşad Eyyubov (gülür).

 

-Komandada özünə ən yaxın bildiyin futbolçu kimdir?

- Bütün futbolçularla münasibətim yaxşıdır. Biz bir ailəyik.

 

- Millidə oynamağa özünü hazır sayırsan?

-Əvvəl də oynamışam, indi də çağırsalar canla-başla kömək edərəm. Milli komandamızın mənafeyi bizim üçün hər zaman birincidir.

 

-Niyə məhz “Sumqayıt” FK?

- Bu klubun rəhbərliyi və məşqçi heyətinin mənə qarşı münasibəti mənim seçimimin əsas səbəbidir.

 

- Azarkeşlərə nə demək istərdin?

- Daim yanımızda olan fanatlara burdan təşəkkür edirəm.

Xəbər xətti