"Çelsi" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

14:04 - 10 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras, Lazaros Dimitriadisı kömək edəcək. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü 12 sentyabr tarixində saat 22:45-də "Stemford Bridc" stadionunda keçiriləcək.

Xəbər xətti