UEFA-dan “Beşiktaş”a pis xəbər

18:49 - 11 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın keçən mövsüm “Lion” ilə oyun zamanı baş verən hadisəyə görə, UEFA-nın qəbul etdiyi qərarla bağlı quruma  göndərdiyi etiraz məktubuna cavab gəlib.


Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumu İstanbul təmsilçisinin bu etirazını qəbul etməyib və qərar qüvvədə qalıb.


Qeyd edək ki, keçən il Avropa Liqasının ¼ final mərhələsi çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” matçı zamanı azarkeşlər arasında dava düşmüşdü. Baş verən hadisə ilə bağlı UEFA-nın verdiyi qərara əsasən, hər iki komanda 100 min avro cərimə edilməklə yanaşı, şərti olaraq 1 avrokubokdan kənarlaşdırılıb. Belə ki, anoloji hal komandalardan birinin oyununda təkrarlanarsa, qərar qüvvəyə minəcək.

 

 

Xəbər xətti