Dünya çempionatına vəsiqə qazanan millinin baş məşqçisi qovuldu

11:11 - 15 Sentyabr 2017

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanının baş məşqçisi Bert van Marveyk istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı hollandiyalı mütəxəssisi argentinalı Edqardo Bausa əvəzləyib. 2015-ci ildən yığmaya rəhbərlik edən B.V.Marveykə 1,3 milyon avro məbləğində təzminat ödəniləcək.

 

Qeyd edək ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını 2015-ci ildən çalışdırırdı.

Xəbər xətti