Rəşad Sadiqov: "Xarakterlərimiz uyğun gəlmirdi" MÜSAHİBƏ

17:22 - 15 Sentyabr 2017

"Neftçi”nin yeni transferi Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Hazırda fiziki durumun necədir?

- Məşq edirdim. Sadəcə, tək çalışırdım, dostlarla futbol oynayırdıq. Çəki problemim olmadığına görə məşq etməsəm də, problem olmur. 100 faiz olmasa da, 70 faiz hazıram. Baş məşqçimiz şans versə, oynaya bilərəm.

 

- Komandanın futbolçularında nə çatmır?

- Futbolçuarda inam çatışmır. Psixoliji durum zəifləmişdi. Baş məşqçimiz özünə inamı, qələbə gücünü komandaya qaytarmağa çalışır.

 

- "Neftçi" variantı olmasaydı, karyeranı başa vuracaqdın?
- Açığı, "Neftçi"dən təklif olmasaydı, bitirməyi planlaşdırırdım.

 

- Liderliyi üzərinə götürə biləcəksən?
- Çalışacam ki, bu yükü üzərimə götürüm. Hər komandada lider futbolçu olmalıdı. Tək meydanda yox, meydandan kənarda da.

 

- 6 nömrənin xüsusi anlamı var?
- Xüsusi bir mənası yoxdu. 20 ildi eyni nömrə ilə oynayıram. Başqa nömrədə çıxış etmirəm.

 

- "Zirə"də nə baş verdi ki, ayrıldın?
- Oyundan sonra özüm ayrılmaq istədim. Başqa bir problem olduğunu düşünmürəm. Belə alındı. Xarakterlərimiz uyğun gəlmirdi, ona görə də getdim.

 

"Zirə"dən ayrıldıqdan sonra yol polisi maşınını saxlamışdı. Bunun sabiq komandan tərəfindən edildiyini düşünmürsən?

- Xeyr. "Zirə"dən elə bir şey gözləmirdim. Aylıq maaşımı, mərhələ keçdiyimizə görə mükafatımı verdilər. "Zirə" rəhbərliyi yaxşı insanlardı.

 

- Son olaylardan sonra "Zirə"yə qarşı xüsusi motivasiyan var?

-Xeyr. "Qəbələ"də, "Qarabağ"da oynamışam vaxtilə. ELə düşünsək gərək bütün komandlara qarşı xüsusi motivasiya ilə çıxım. Sabah "Zirə" ilə keçirəcəyimiz oyuna da adi qaydada hazırlaşıram.

Xəbər xətti