“Mançester Yunayted” yeni futbolçu transfer etdi

22:16 - 15 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” 15 yaşlı yarımmüdafiəçi transfer edib.


Sportal.az ingilis mətbuatına istinadən xəbər verir ki, “qırmız şeytanlar” baş məşqçi Joze Mourinyonun istəyi ilə Çarli Makkananın transfer məsələsində “Koventri Siti”ylə razılığa gəlib.


İngiltərənin U-16 komandasının üzvü olan futbolçu “Mançester Yunayted”in uşaq məktəbinə göndəriləcək.

 

Xəbər xətti