İtaliyada oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

14:42 - 16 Sentyabr 2017

İtaliya A seriyasının 4-cü turu çərçivəsində baş tutacaq oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı “Football İtalia” yayıb. Xəbərdə İtaliya çempionatının A və B seriyalarında bu həftə baş tutacaq oyunların Livorno şəhərində baş vermiş daşqında ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacağı qeyd edilib.

 

Xatırladaq ki, bir neçə gün öncə Livornoda baş vermiş daşqınlar nəticəsində 7 nəfər həlak olub.

Xəbər xətti