Kevin Strotman: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"

10:55 - 19 Sentyabr 2017

"Roma"nın hollandiyalı futbolçusu Kevin Strotman "twitter" hesabında azarkeşlərin suallarına cavab verib.

 

Sportal.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi "canavarlar"ın Çempionlar Liqasının qrup mərhələsində səfərdə təmsilçimiz "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə verilən sualları da cavablandırıb. 27 yaşlı oyunçu "Qarabağ"la oyunun çətin keçəcəyini vurğulayıb:

 

"Qarabağ"a qarşı oyun çətin olacaq. Rəqibimiz qrupda keçirdikləri ilk qarşılaşmada "Çelsi"yə 0:6 hesabı ilə uduzublar. Hər iki komanda meydana qələbə üçün çıxacaq. "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir. Yaxşı rəqibdirlər. Ancaq biz də səfərə 3 xal istəyilə yollanacağıq. Bizim 5-6 saatlıq təyyarə yolumuz olacaq. Bunu nəzərə alaraq deyirəm ki, bizim üçün çətin olacaq".

 

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də, saat 20:00-da başlayacaq.

Xəbər xətti