AFFA "Neftçi" və "Zirə"ni cəzalandırdı

12:48 - 20 Sentyabr 2017

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunun görüşlərində baş verənlər müzakirə olunub.
 
“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.
 
“Ağ-qaralar” isə ikinci sarı vərəqə üzündən meydandan qovulan Mirabdulla Abbasova görə ziyana düşüb. “Neftçi” 200 manat cərimələnibsə, futbolçu 1 oyunluq kənarlaşdırılıb.

Xəbər xətti