"Monako"da iki müqavilə

10:10 - 21 Sentyabr 2017

"Monako" iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Adrea Raci ilə müqavilənin müddəti 2019, 32 yaşlı qapıçı Daniel Şubaşiçlə isə 2020-ci ilin iyununa kimi uzadılıb.

 

Hər iki futbolçu 2012-ci ildən "knyazlıq klubu"nun şərəfini qoruyur.

 

"Monako" Fransa Liqasında 6 turdan sonra 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti