Berti Foqts UEFA-nı tənqid etdi

12:49 - 21 Sentyabr 2017

"UEFA Kubokunu və ya yaxud Avropa Liqasını qazanan son Almaniya klubu hansı olub? Buna 20 il əvvəl "Şalke" nail olub".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında söyləyib. Ölkəsinin idman televeziyasında ekspertlik edən Foqts UEFA-nı və Almaniya klublarını tənqid edib:

 

"Almaniya klubları avrokuboklarda uğursuz çıxış edir və Bundesliqa da bunun əziyyətini çəkir. Yalnız "Bavariya" ölkə üçün mühüm xallar qazanır. Bundesliqa təmsilçiləri Avropa Liqasına ciddi yanaşmırlar. UEFA isə UEFA Kuboku adlı turniri şişirdərək Avropa Liqası etdi və artıq cavabını da alıb".

 

Xatırladaq ki, 70 yaşlı mütəxəssis 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.

Xəbər xətti