"İnter" 17 yaşlı hücumçu transfer etdi

19:42 - 21 Sentyabr 2017

İtaliya “İnter”i  heyətinə yeni hücumçu cəlb edib.

 

Sportal.az xəbər verir ki,  Milan təmsilçisi “Boka Xuniors”un 17 yaşlı forvardı Fakundo Kolidionu transfer edib.

 

İtaliya mətbuatı onunla 3 illik müqavilə bağlandığını yazıb. “İnter” bu transfer üçün “Boka Xuniors”a 6 milyon avro ödəyib.

 

Qeyd edək ki, Kolidion “İnter”in gənclərdən ibarət komandasında çıxış edəcək.

Xəbər xətti