“Qarabağ” azarkeşlərə müraciət edib

23:02 - 25 Sentyabr 2017

Çempionlar Liqasının 2-ci turu çərçivəsində İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.


Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi “facebook” səhifəsi vasitəsilə etdiyi müraciətdə bildirib:


“Azarkeşlərimizin diqqətinə! 
Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar”.


Xatırldaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Xəbər xətti