Özil "Arsenal"ın təklifini qəbul etmədi

21:39 - 3 Oktyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın futbolçusu Məsut Özil yanvar ayında komandadan ayrıla bilər.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, “Arsenal”da qalmaq üçün 350 min funt sterlinq istəyən Özilə son olaraq, 275 min funt sterlinq təklif edən “topçular” təklifin qəbul olunmamasından sonra türk əsilli futbolçunun yanvar ayında komandadan göndərilməsini ciddi şəkildə gündəminə alıb.


Ulduz yarımmüdafiəçi ilə ciddi şəkildə yalnızca “İnter”in maraqlandığı qeyd edilir. Ötən günlərdə Milan təmsilçisinin rəsmisi Ausilio verdiyi açıqlamada Özillə maraqlandıqlarını, lakin 28 yaşlı oyunuçunun yanvarda transferinin mümkün olmadığını bildirmişdi.


Qeyd edək ki, Məsut Özilin “Arsenal”la müqaviləsi mövsümün sonunda bitir.

 

Xəbər xətti