Dadaşovun qolu komandasına kömək etmədi

00:32 - 4 Oktyabr 2017

Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Moyzelvits”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub  ayrılıb - 3:1.

 

Rüfət də bu oyunun iştirakçısı olub. Komandasının yeganə qolunu da məhz Dadaşov vurub. O, sabiq klubuna qarşı oyunun 36-cı dəqiqəsində fərqlənib.

 

"Dinamo" hazırda 19 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rüfət Berlin klubuna bu yay məhz “Moyzelvits”dən keçib.

Xəbər xətti