Anası qapıçı olmağı qadağan etdi, məşhur hücumçu oldu

14:50 - 5 Oktyabr 2017

"Arsenal"ın hücumçusu Aleksandr Lakazett uşaqlıqda qapıçı olmaq istədiyini, lakin anasının bunu qadağan etdiyini bildirib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu futbola yenə başladığı dövrlərlə bağlı hekayəsini danışıb. O, anasının istəyi ilə hücumçu olduğunu deyb:

 

"Uşaq vaxtlarımda qapıçı olmaq xoşuma gəlirdi. Amma anam qapıçı olsam, zədələnmək riskimin artacağını düşündüyü üçün bunu istəmirdi. Mənə "ya hücumçu olacaqsan, ya da futbol oynamayacaqsan" demişdi".

 

Qeyd edək ki, Fransa millisinin üzvü olan 26 yaşlı forvard mövsümün əvvəlində 52 milyon funt-sterlinqə "Lion"dan "Arsenal"a transfer olub. O, "topçular"ın heyətində meydana çıxdığı 7 matçda 9 qol vurmağı bacarıb.

Xəbər xətti