Luis Suares əməliyyat olacaq

18:55 - 7 Oktyabr 2017

Dizindəki problemə görə son zamanlar əvvəlki formasını itirən Luis Suares əməliyyat olacaq.

 

Sportal.az xəbər verir ki, “Barselona”nın ulduz futbolçusu dizindəki kistanın çıxarılması üçün əməliyyata girəcək.


Uruqvaylı oyunçu operasiyanın noyabr ayında milli komandaların oyunlarına görə yaranacaq fasildə baş tutmasını istəyir. Bununla Suares daha az oyun buraxmağı hədəfləyir.


Xatırladaq ki, 30 yaşlı forvard bu mövsüm çıxdığı qarşılaşmalarda yalnızca iki qol vura bilib.

 

Xəbər xətti