"Neftçi" - "Səbail" matçının yeri dəyişdirildi

17:26 - 10 Oktyabr 2017

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi  “Bakcell Arena” stadionunun qazonunda  yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini istəyib. “Neftçi” klubunun müraciətini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.

 

Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” matçı 15 oktyabr 2017-ci il tarixdə “Dalğa Arena” stadionunda keçirilsin. 

 

VIII turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Neftçi” klubu təsdiq edilsin.

Xəbər xətti