"Qarabağ"ın rəqibində növbəti itki

12:00 - 12 Oktyabr 2017

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Roma” itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “canavarlar”ın hücumçusu Stefan El-Şaraavi sıradan çıxıb. O, DÇ-2018-in seçmə mərhələsində Albaniya ilə görüşdə zədələnib. Hücumçu qarşıdakı 1-2 həftə meydanlardan kənar qalacaq. 

 

Qeyd edək ki, “Roma”da El-Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.

Xəbər xətti