Nazarovun komandası səfərdə məğlub oldu

00:51 - 16 Oktyabr 2017

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Qroyter”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

“Aue” geridə qalan 10 turda 13 xal toplayıb və 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti