Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

10:27 - 16 Oktyabr 2017

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, “Trabzonspor” klubu baş məşqçisi Ərsun Yanalla yolları ayırıb. Ötən gün “Akhisar”a 1:6 hesabı ilə məğlubiyyəti klub rəhbərliyinin bu qərarı verməsinə səbəb olub.

 

Qeyd edək ki, "bordo-mavililər" Super Liqada 8 turndan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.

 

Əlavə edək ki, millimizin üzvü və hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

Xəbər xətti