Robert Prosineçki: "Sloveniya və Avstriyada mənimlə maraqlanırlar"

10:05 - 16 Oktyabr 2017

Millimizin baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Bosniya və Herseqovina tərəfi ilə danışıqlara başlamağa hazır olduğunu deyib:

 

“Eşitmişəm ki, Sloveniya və Avstriyada mənimlə maraqlanırlar. Amma Bosniya və Herseqovinadan heç kim mənimlə əlaqə saxlamayıb. Bir neçə gündən sonra Azərbaycanda olacağam. Yerli futbol assosiasiyası ilə məsələni həll etməliyəm. Bundan sonra Bosniya və Herseqovina Futbol Federasiyası ilə danışıqlara hazıram. Bu işlə ciddi məşğul olacağam”.

 

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.

Xəbər xətti