AFFA "Zirə" və "Neftçi"ni cərimələdi

12:59 - 18 Oktyabr 2017

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunun “Səbail” – “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Zirə" – “Kəpəz” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur

Xəbər xətti