Türkiyə klubunun yeni baş məşqçisi məlum oldu

14:14 - 25 Oktyabr 2017

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Fahrettin Ömeroviçlə razılıq əldə edib. "Fənərbaxça"nın baş məşqçisi Aykun Kocamanın köməkçisi vəzifəsində çalışan mütəxəssis bu gün Konyaya gedərək rəsmi müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Ömeroviç bu postda bir neçə gün öncə istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

Xəbər xətti