Budaqlı "Sportinq" 1 xal qazandı

11:04 - 26 Oktyabr 2017

Portuqaliya Sequnda Liqasında XII turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası "Nasional" klubunun qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

21 yaşlılardan ibarət milli komandamızın kapitanı olan Nəsirov bu matçda da forma geyinib. Gənc yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Sportinq" bu heç-heçədən sonra xallarının sayını 14-ə çatdırıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 

Xəbər xətti