"Atletiko"nun zədəlisi məşqlərə başladı

15:50 - 26 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”nun bir müddətdi zədədən əziyyət çəkən futbolçusu Koke məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, zədəsini sağaldan Kokenin artıq komanda ilə məşqlərə başlayıb O, fizioterapevtin nəzarəti altında məşq edib. Kokenin yaxın günlərdə tam hazır vəziyyətə çatacağı gözlənilir.


Xatırladaq ki, ispan yarımmüdafiəçi zədə səbəbindən Bakıda ÇL-in qrup mərhələsinin “Qarabağ”la, La Liqada “Selta”yla, həmçinin, kubokda "Elçe" ilə oyunu buraxmalı olmuşdu.

Xəbər xətti