"Keşlə"nin yeni baş məşqçisi rəsmən məlum oldu

12:12 - 30 Oktyabr 2017

Ramiz Məmmədovun "Keşlə"yə baş məşqçi təyinatı rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xməlumat yayıb.

 

Klub rəhbərliyinin qərarına əsasən, əvəzedici heyət üzrə koordinator Ramiz Məmmədov qış fasiləsinədək baş məşqçi vəzifəsini icra edəcək. O, bu vəzifədə istefaya göndərilən Zaur Svanadzeni əvəzləyib.

 

Qeyd edək ki, Ramiz Məmmədov bundan əvvəl "Qəbələ" və Qazaxıstanın "Atırau" klublarını çalışdırıb.

Xəbər xətti