Pedro Enrike: "Qırmızı vərəqəyə layiq deyildim"

15:38 - 1 Noyabr 2017

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko"ya qarşı keçirdikləri oyundan (1:1) danışıb:

 

"Bu həftə mənim üçün çətin keçdi. Zədədən yeni qayıtmışam. "Atletiko" ilə oyunun nəticəsinə görə çox sevinirəm. Böyük uğurdur. Bizi qalib də saya bilərsiniz. İlk hissədə biz gözəl çıxış etdik".

 

59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulan braziliyalı futbolçu hakimin sərt qərar verdiyini dilə gətirib:

 

"Qırmızı vərəqə alaraq komandamı azlıqda qoyduğum üçün kədərliyəm. Hakim çox sərt qərar verdi. Hakimin idarəçiliyi haqda danışmağı xoşlamıram. Hamı səhv edə bilər. Düşünürəm ki, qırmızı vərəqəyə layiq deyildim".

Xəbər xətti