Dadaşovlu "Dinamo" xal itirdi

14:07 - 4 Noyabr 2017

Almaniyanın Şimal-Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “Herta II” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb.

 

"Dinamo" hazırda 26 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti