Əzizovsuz darmadağın

17:56 - 4 Noyabr 2017

Hollandiya Birinci Divizionunda 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə “Dordrext”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Əzizovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Den Boş" hazırda 19 xalla 20 klub arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti