Röyal Nəcəfov dubl etdi, komandası darmadağınla qalib gəldi

10:38 - 6 Noyabr 2017

Türkiyə BAL Liqasında 7-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" səfərdə "Elazığ Yolspor"un qonağı olub. Qarşılaşma həmyerlimizin komandasının darmadağını ilə başa çatıb, 6:0.
 
Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının iki qolunun müəllifi olub. Bununla da həmyerlimiz Türkiyədə vurduğu qolların sayını 5-ə çatdırıb.
 
Qeyd edək ki, 7 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 10 xalla 5-ci pillədə qərarlaşıb

 

Xəbər xətti