Qurban Qurbanovun rəhbərliyi altında millimizin ilk toplanışı: məkan və zaman məlumdu

15:55 - 12 Noyabr 2017

Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib.

 

Sportal.az saytı Sport24.az-a istinadən xəbər verir ki, yığma komanda Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.

 

Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.

 

Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər.

Xəbər xətti