Eddi İsrafilov "Ximnastik"də də şans qazanmır

00:53 - 13 Noyabr 2017

İspaniya Sequndasında XIV turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın oyunçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik”  “Real Ovyedo”nu qəbul edib və bu oyunda 1:2 hesabı ilə uduzub.

Eddi İsrafilov oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 14 oyundan sonra 15 xal toplamış "Ximnastik" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti