Muarem Muarem Azərbaycan Premyer Liqasına qayıdır?

13:26 - 14 Noyabr 2017

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem çıxış etdiyi Qazaxıstanın "Aktobe" klubundan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, makedoniyalı oyunçu istənilən səviyyədə çıxış etmədiyi üçün heyətdən göndəriləcək. Muarem karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. O, Premyer Liqa klublarından birinə keçmək variantı var.

 

29 yaşlı yarımmüdafiəçi Türkiyə və Makedoniya klublarının təkliflərini də nəzərdən keçirəcək.

 

Qeyd edək ki, Muarem Muarem bu ilin yayında "Qarabağ"dan “Aktobe”yə keçmişdi. O, 15 oyuna 1 qol vurub.

Xəbər xətti