Rauf Əliyev oynadı, "Kukesi" xal itirdi

19:28 - 16 Noyabr 2017

Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi "Kukesi" səfərdə "Kamza" ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Əliyev matçın 64-cü dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Kukesi" 19 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Skenderbeu"nun 25 xalı var.

Xəbər xətti