Tural oynadı komandası darmadağınla üzləşdi

01:32 - 17 Noyabr 2017

Makedoniya çempionatında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü Tural Hümbətovun formasını geyindiyi “Pobeda” səfərdə “Rabotniçki” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

 

Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Pobeda” geridə qalan turlarda 15 xal qazanıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti