Tərlan Əhmədov: "O, 99 faiz komandadan göndəriləcək" MÜSAHİBƏ

19:40 - 19 Noyabr 2017

“Maraqlı oyun alındı. Sürətli, yaxşı oyun getdi”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının XII turunda öz meydanında “Qəbələ”yə məğlub olub – 2:3.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildrib:

 

“Məğlub olduq və bu, futbolun qanunudu. “Neftçi”yə gələndə də demişdim ki, komanda yaxşı vəziyyətdə deyil və hardasa axsama olacaq. Çünki komandanın təməli yoxdu. Səhvlərdən qol buraxdıq, rəqibin yaxşı hücumçuları var və ondan yaxşı istifadə etdilər. Bu oyun haqda danışacaq başqa sözüm yoxdu, növbəti oyunlara hazırlaşmalıyıq”.

 

- “Qəbələ”nin ilk qolundan sonra çox əsəbi görünürdünüz. Bunun səbəbi nə idi?

- Açıq-aşkar görünürdü ki, top rəqibin futbolçusundan çıxdı. Amma hakim küncdən zərbəyə işarə verdi. Fasilədə də topun rəqibin oyunçusundan çıxdığını gördüm. Yəqin ki, etiraz etməyə haqqımız var.

 

- Rəqibin 3-cü qolundan sonra gözlənilirdi ki, Seqovianı meydana buraxacaqsınız və 2 hücumçu ilə oynayacaqsınız. Amma bunu etmədiniz.  

- Seqoviya zədədən geri dönüb. İstəyərdim ki, 2 hücumçu ilə çıxış edim, amma onu meydana buraxmaq səhv olardı.

 

- Elnur Cəfərovu əvəzedici komandaya göndərdiyiniz bəllidi. Onun gələcəyi necə olacaq?

- Mətbuatın yazdıqlarına görə onu öldürməli və basdırmalı idik. Futbolçu ilə görüşdüm və dedi ki, heç kimi söhbətə çağırmamışam. Ancaq buna baxmayaraq mən onu komandadan uzaqlaşdırdım. Milli komanda hamı üçün məsuliyyətdir. Ora hansı klubdan getməyini də bilməlisən. “Neftçi” vaxtıilə Azərbaycan yığma komandası olub. Elnuru komanddan qovmaq asandır, ancaq mən onu doğru yola gətirməyə çalışıram. Bir insan kimi həyatda püxtələşsin. Məncə, Elnura dəstək olmalı və doğru yola yönləndirməliyik. Elnur yanvarın 5-nə qədər əvəzedici komanda ilə məşq edəcək və 99 faiz komandadan göndəriləcək.

 

- Komandanın düzgün qurulmadığını dediniz. Bunun günahı Elxan Abdullayevdədi?

- Hər-halda, futbolçunu rəhbərlik yığmır. Tək Elxan Abdullayevi günahlandırmaq lazım deyil, məşqçilərin də günahı var. 

Xəbər xətti