"Çelsi"nin daha bir futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

12:20 - 21 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Çelsi" bu matçda daha bir oyunçunun xidmətindən məhrum olub

 

Sportal.az xəbər verir ki, "zadəganlar"ın nigeriyalı futbolçusu Viktor Mozes Ağdam təmsilçisinə qarşı oynamayacaq. Vinger məşqlərə başlasa da, zədəsini tam bərpa etməyib. Londonluların çalışdırıcısı Antonio Konte Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Mozesə şans verməyəcək.

 

26 yaşlı futbolçuyla yanaşı, Mişi Batşuayi və Alvaro Morata da "Qarabağ"a qarşı oynamayacaq. Antonio Konte bu oyunda hücumun sivri ucunda Pedro Rodriqesə, ya da Eden Azara şans verməyi planlaşdırır.

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 22-də  keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək. 

Xəbər xətti