Koke: “Qarabağ”ın “Çelsi”dən xal almasına ümid edəcəyik”

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke bu gün “Roma”ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu bu matçda qalib gəlməli olduqlarını, lakin bunun onlara kifayət etməyəcəyini deyib. 

 

Kokenin sözlərinə görə, onlar qalib gəlsələr də, “Qarabağ”ın uğurlu nəticəsinə ümid etməlidirlər: “Roma” üzərində qələbə bizə kifayət etməyəcək. Çünki bundan sonra biz “Qarabağ”ın “Çelsi”dən xal alacağına ümid etməliyik. Bu bizim üçün vacib amildir. Qazanmaq üçün də hər şeyi edəcəyik”.

 

Qeyd edək ki, “Atletiko” – “Roma” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Tarix: 22 Noyabr [10:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2018
17  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio